"Sovet dövründə də Qarabağda yaşayan ermənilər Ermənistanda təhsil alırdılar. Amma çox təəssüf ki, təhsil alanların bir qismi sonra elə separatçı hərəkatın başında dayandılar. Bu məsələlərin həllindən əvvəl Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etməlidirlər, separatçılar tərkisilah olunmalıdırlar və ondan sonra bu məsələyə baxıla bilər ki, Qarabağın Azərbaycan qanunları ilə yaşayan erməni əsilli vətəndaşlarının xaricdə təhsili necə həyata keçirilə bilər".
Bu fikirləri Faktmedia.az-a politoloq Elxan Şahinoğlu sülhdən sonra Qarabağda yaşayan ermənilər Ermənistanda təhsil aldıqdan sonra qayıdıb Azərbaycanda işləyə bilərlərmi sualına cavab olaraq deyib.
Politoloq əlavə edib:
"Əgər Azərbaycan vətəndaşlığını qəbul.etsələr, qanunlarımızla yaşasalar, necə ki, digər vətəndaşlar rahat Azərbaycan və ya xarici ölkələrdə təhsil alır, hesab edirəm ki, onlar da bu qayda ilə təhsil ala bilərlər. Təhsili bitirib geri qayıtdıqda da Qarabağda iş yerləri ilə bağlı vəziyyət necə olacaqsa, ona uyğun da işlə təmin olunacaqlar. Amma bundan öncə həlli vacib olan məsələlər var. Separatçılar tərkisilah olunmalıdır, orada yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər və bütün bu məsələlər həll olunduqdan sonra Qarabağda yaşayan ermənilərin Ermənistanda təhsil almaq məsələləri müsbət həll oluna bilər. İlkin addımlar atılmadan bu məsələyə baxmaq düzğün deyil".
Rəna Həsənova