Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Türkiyəyə gedəcək. Bu barədə Nikol Paşinyanın mətbuat xidmətindən bildirilib. Məlumata görə, hökumət başçısı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.