Xəbər verdiyimiz kimi, Biləsuvara sel gəlib, bir kəndin yerindən köçürüblər. İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Buna görə də, Biləsuvarda Bolqarçay su anbarı boşaldılıb. Xatırladaq ki, may ayında Azərbaycanın bir çox rayonlarından sel keçib. Ekspertlər yaz fəslində normadan artıq yağış yağdığını deyirlər.
Mövzu barədə Faktmedia.az-a danışan ekoloq Məhərrəm Mehtiyev bildirib ki, yüz ildən belə hallar olur:
"Azərbaycanda iqlim şəraitinin belə keçməsini anormal hesab edirəm. Adətən bu vaxtlarda cənub zonasında çaylar daşırdı. Havanın artıq belə sürətlə dəyişməsi, çox güman ki, istilik, istixana qazlarının artması, iqlim dəyişmələrinə təsirin artması bütün bu hallara gətirib çıxarır. Səhralaşmanın genişlənməsi, meşələrdə yanğınların baş verməsi iqlim şəraitinin dəyişməsinə gətirib çıxaran hallardır".
Rəna Həsənova