"Razi Əliyeva adlı qadınla bağlı gecədən davamlı olaraq paylaşımları mənə göndəriblər. Məcbur edilərək danışdığı etirafları TikTok-da keçmiş sevgilisi paylaşmışdı".
Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O qeyd edib ki, bu gün səhər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət ünvanlayıb: "Müraciətlərdən dərhal sonra TikTok-dan videolar silinib. Qadının əxlaqi dəyərləri olmaya bilər, ancaq heç kim qanunu tapdalaya bilməz. Əminəm ki, Ziya deyilən şəxs layiqli cəzasını alacaq. Razi isə həyatını bir də nəzərdən keçirsin".