"Mən bunu dəfələrlə demişəm və hər zaman da deyəcəm, Azərbaycan hakimiyyəti, başda möhtərəm Cənab Prezident olmaqla, nəyi söz verirsə, nəyi vəd edirsə hamısını həyata keçirir".
Bunu Faktmedia.az-a millət vəkili Rüfət Quliyev Laçına qayıdışla bağlı danışarkən deyib. Deputat bildirib:
"Təbii ki, Laçına qayıdış mərhələli şəkildə həyata keçiriləcək. Orada ən böyük problemimiz minalardır, ərazi minalardan təmizlənməlidir. Hal- hazırda orada infrastruktur layihələri həyata keçirilir, onlar tamamlanmalıdır. Sosial həyatı normal qurmaq üçün məktəblər, bağçalar, evlər və lazım olan bütün obyektlərin tikintisi başa çatmalıdır. Bu işlər başa çatdıqdan sonra yeni iş yerləri açılacaq ki, insanlar orada özlərini rahat formada hiss etsinlər. Mən əminəm ki, mərhələli şəkildə bütün bunlar tezliklə həyata keçiriləcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülür. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Rəna Həsənova