“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”. bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.
Prezidentin fikirlərini Faktmedia.az-a şərh edən millət vəkili Rüfət Quliyev bunları deyib:
"Möhtərəm cənab Prezident çox düzgün formada qısa, konkret sual verdi: "Bir tərəfdən deyirsiniz ki, biz sülh istəyirik, biz Azərbaycanın bütün ərazisini tanıyırıq, sülh müqaviləsinə qol çəkməyə hazırıq, digər tərəfdən isə, revanşist fikirlər həyata keçirilir, hərbi silah-sursatlar, təlim, kənardan hansısa hərbçilərin gətirilməsi, proksi müharibə - yəni başqa dövlətləri ortaya qatmaq, onların gücündən istifadə etmək və s". Bütün bunlar hamısı məntiqsizdir, yəni ya bu tərəfi seç, ya o biri tərəfi. Mən belə başa düşürəm ki, Ermənistan uduza-uduza gedir, amma yenə istəyir özünü göstərsin ki, "mən çalışıram, mən nə isə iş görürəm".
Rəna Həsənova