Rusiyanın Bryansk vilayətində baş verən insidentlərdən sonra Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri üç gün ərzində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə Faktmedia.az TASS-a istinadən yazır.
"Bizim yanımızda olan hadisələrdən üç gün sonra, mən Bryansk vilayətində dörd təyyarənin vurulduğu hadisələri nəzərdə tuturam. Biz buna reaksiya verməli olduq", - Lukaşenko bildirib.
“O vaxtdan biz qüvvələrimiz yüksək döyüş hazırlığı vəziyyətindəyik. Və, əlbəttə ki, bu vəziyyətin inkişaf istiqamətləri və perspektivləri. Qısaca, qorxu yaratmadan. Nə baş verir və biz qısamüddətli perspektivdə nə gözləyirik", - o əlavə edib.
Lukaşenko qeyd edib ki, hazırda respublika ətrafında vəziyyət kritik deyil, lakin bununla bağlı faktorlar mövcuddur:
"Uzun hesabatlar olmasın, lütfən. Gəlin ilk növbədə ölkəmizin ətrafında, havada baş verənlərə nəzər salaq", - dövlət başçısı bildirib. "Biz tez-tez dövlətimizin təhlükəsizliyi məsələsini, xüsusən də hava məkanının vəziyyətini müzakirə edirik. Gördüyüm kimi, hazırda vəziyyət kritik deyil".
Mayın 13-də Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Klintsıda helikopterin qəzaya uğradığını açıqlayıb. Qubernatorun sözlərinə görə, bir qadın xəsarət alıb, beş evə ziyan dəyib.
Kənan Sərraf