İpək Yolu, digər adı orta yol layihəsinin əsas komponentlərindən biri Azərbaycandır. Azərbaycan bu yöndə ciddi yatırımlar edib və müəyyən hazırlıq işləri də görüb".
Bunu Faktmedia.az-a Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyib.
O, əlavə edib:
"Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Azərbaycan ərazisində sərhədlər boyu avtomobil yollarının yenidən qurulması.Gələcəkdə işğaldan azda olunmuş torpaqlarda böyük investisiya, logistik layihələrin qurulması, Zəngəzur dəhlizinin açılması gələcəkdə Azərbaycanı orta dəhliz layihəsinin əsas oyunçularından birinə çevirəcək. Kılıcdaroğlunun bu açıqlamasını siyasi piar kimi görmək lazımdır. İranla Türkiyə ərazisində yaşayan kürd seçmənlər var. Seçki öncəsi bunu onlara bir mesaj kimi qəbul etmək lazımdır".
Qeyd edək ki, Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.
Rəna Həsənova