Aktrisa Sonya Pisarro vəfat edib.
Bu barədə onun həyat yoldaşı, aktyor Froylan Tersero məlumat yayıb. Sonia 60 yaşında yuxuda olarkən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, aktrisa “Repo əməliyyatı” serialındakı rolu ilə tanınıb. O, 2018-ci ildə sükan arxasında olərkən insult keçirib və danışıq qabiliyyətini itirib. Sonya bunun üçün sonralar müalicə alıb.