Xırdalanın axundu işdən çıxarılıb.
Faktmedia.az lent.az-a istinadən xəbər verir ki, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.
O, namazdan sonra elan edib ki, bu gündən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.
Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir.