Mayın 8-dən etibarən “Neftçilər” metrostansiyası - Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Faktmedia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.