Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilib.
Faktmedia.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, təqdimatda bir sıra yüksək vəzifəli şəxslər iştirak edib.
İ. Kərimov Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edilərək fəaliyyətində uğurlar arzulanıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.
Qeyd edək ki, İ. Kərimov dünən Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad olunaraq Ali Məhkəmənin sədri təyin edilib.