"Müşahidə etsək görərik ki, iftar və imsak süfrələrində qiyməti yüksək təklif eləyən restoranlar və yaxud onu əvəz edən ictimai iaşə obyektləri daha öncə də, xidmətlərində həmişə qiyməti yüksək olaraq təqdim edir".
Bunu Faktmedia.az-a marketinq üzrə mütəxəssis Müşfiq İsgəndərov deyib.
"Və bu da bir növ qiymətlərə uyğunlaşdırılmış iftar menyuları kimi təqdim olunur. Onların menyularında qiymətlərin dəyişməsi tələb və təklifə aiddir. Bu cür tələb varsa qiymətlərdə təbii ki artım olacaq. Bildirmək istəyirəm ki, şəhər restoranlarında iftar zamanı yer tapmaq belə mümkün deyil. Bu da o deməkdir ki, tələb yüksəkdir və qiymət də ona uyğun dəyərləndirmişdir. Əgər onlar restoranı iftara qədər işlətmək istəmirlərsə bu onların şəxsi qərarıdır", - deyə əlavə edib.
Havar Şəfiyeva