"Gürcüstanda baş verən hadisələr ilk olaraq Amerikanın və Avropanın Gürcüstandakı təsir dailərinin məhdudlaşdırılmasını nəzərdə tutulmuş qanundan sonra yarandı".
Bunu Faktmedia.az-a siyasi ekspert Asif Nərimanlı deyib. O bildirib ki, burada xaricdən maliyyələşən kütləvi informasiya vasitələrin nəzarətə götürlməsi nəzərdə tutulurdu:
"Bu təbii, ki qərbin marağında deyil. Gürcüstan hakimiyətinin xarici və daxili faktorları bir biri ilə toqquşurdu. Sarkaşvili hakimiyyətdən getdikdən sonra küçə etirazları katalizator rolunu oynadı. Yəni bu etirazlara Amerika və digər başqa ölkələr təkan verməyə çalışırdı. Ona görə də bunun qarşısını almaq üçün həmin qanunun qəbul edilməsi zərurəti yarandı. O cümlədən Rusiyanın da burada maraqları var. Rusiya bununla Amerikanın və Qərbin Gürcüstandakı təsir dairələrini məhdudlaşdırmağa çalışır. Son zamanlarda baş verən proseslərdə Gürcüstan Rusiya üçün daha ön plandadır. Avropa İttifaqı Missiyasının Ermənistana gəlişi, onların sərgilədiyi siyasət Rusiyanın əleyhinə dəyişdirilir. Rusiya bunu gözə alaraq öz maraqlarını daha çox Gürütan üzərində cəmləşdirməyə çalışır".
Havar Şəfiyeva