"Şagirdlər repetitor yanına getmədən heç bir nəticə əldə edə bilmir. Mən deyərdim ki, orta məktəblərdə uşaqlar bilyin dərin qatlarına yiyələnə bilmirlər. Uşaq nə öyrənirsə repetitor yanında öyrənir".
Bunu Faktmedia.az-a təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib deyib. O bildirib ki, sosiallaşma məsələsinə gəldikdə isə, mən tam əksini deyərdim:
"Məktəbdə hər cür tərbiyəyə malik uşaqıar var. Məktəbdə uşaqlar daha çox mühitə, təsir altına düşur. Hazırlıqlarda müəyyən qrup şəklində şagirdlər öz düşuncələrində olan abituriyentlərlə birlikdə olur. Ona görə də repetitor yanında şagirdlərin sosiallaşması daha uyğundur. Məktəb normal təhsil verərsə, uşaq niyə repetitor yanına getməlidir? Ancaq bunun da öz səbəbləri var. Bu nə məktəbdən nə də müəllimdən asılı deyil. Məktəblərdə qayda-qanun düzgün qurularsa bu problemlər də aradan götürülər. Bu gün həqiqətən də can yandıran, savadlı, sayılıb-seçilən müəllimlər var, amma çox azdır, həm də cənc nəslin nümayəndələridir. Onlar təhsilə həqiqətən çox can yandırır, şagirdlərlə yaxşı münasibət qura bilir, təhsilləri də çox yüksək olur. Amma sovetdən qalan, öz fənnindən anlamayan müəllimlər də var ki, onlar şagirdlərin dərsə olan marağıni daha da azaldır".
Rəna Həsənova