Xəbər verdiyimiz kimi, Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb. İlkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli şəhər və 20 nömrəli uşaq poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli şəhər və 13 nömrəli uşaq poliklinikalarında da davam etdiriləcək.
Bəs bunun hansı müsbət tərəfləri olacaq?
Bu barədə Faktmedia.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, elektronlaşdırılma özü bir qənaətdir:
"Təbii ki, ora istifadə olunan həm kağız, həm də vaxt itkisi çox idi. Vaxt bizim üçün ən dəyərli nemətdir. O baxımdan elektron sistemə keçirilmə ilk növbədə vaxt itkisini aradan qaldırır. Hal- hazırda istər mühasibat, istərsə də, diğər sistemlər artıq elektronlaşdırılıb və bu da ən əsası şəffaflığı təmin edir. Əslində bu çox müsbət haladır. Bütün poliklinikalarda tərbiq olunarsa idarəçilik və bütün fəaliyyət sisteminin təkmilləşməsinə gətirib cıxaracaq".
Rəna Həsənova