Dönər bizim mətbəxə aid qida elementi omasa da, bu gün ləzzətlə yeyirik. Dönərə olan tələbat əsasən vaxt azlığıdır. Çünki qaçaraq işlər gün ərzində xeyli vaxt aldığı üçün, qidalanmaq üçün zaman qalmır. Belə olan halda dönər ən yaxşı qida kimi yeyilir. Bəs dönər orqanizmimizdə hansı zərərlərə yol açır?
Mövu barədə Faktmedia.az-a sağlam qidalanma təbliğatçısı Asim Vəliyev danışıb.
O bildirib ki, belə qidalarda əsas problem yağdır:
"İstər dönər olsun, istərsə də qutablar olsun bunların hamsında mənşəyi bəlli olmayan yağlar istifadə olunur. Xüsusən də qızartma məhsullarında mənşəyi bəlli olsa da dəfələrlə istifadə olunmuş yağlar istifadə olunur ki, bunlar da həm qaraciyər, həm də mədəaltı vəzilər üçün gələcəkdə bir sıra sağlamlıq problemləri yaradır".
Xatırlatmaq üçün bildirək ki, bu il Bakı və bölgələrdə AQTA-nın keçirdiyi monitorinqlər zamanı xeyli dönər evlərində nöqsanlar aşkarlanıb.
Havar Şəfiyeva