İnsan mənəviyyatı problemlərinə həsr olunan, dərin psixoloji məqamları, həssas anları ilə diqqət çəkən “Səssiz haray” real hadisələr əsasında bədii film çəkilib.
Faktmedia.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və quruluşçu rejissoru Sədaqət Kərimova məlumat verib.
Quruluşçu operatoru Elxan Rüstəmov, rəssamı Sevda Məmmədovadır. Baş rollarda Azərbaycanın tanınmış aktyorları İlhamə Əhmədova, Aygün Fətullayeva, Elşən Rüstəmov, Ədalət Abdulsəməd, Mirzə Ağabəyli, Zemfira Abdulsəməd, Qəmər Məmmədova, Dilarə Fərəcullayeva, Elçin Əfəndi, Zümrüd Qasımova, Fariz İlyas və başqaları çəkilib. Qusarlı uşaqların yaxından iştirakı filmə xüsusi kolorit qatıb. Onların arasında Arsen Abbasov, Əminə Sadirova, Qasim Aslanov, Əlimurad Əlimuradov, Vadim Kərimov və başqaları da yer alıb.
Xatırladaq ki, ilk dəfə Azərbaycan və ləzgi dillərində çəkilmiş “Soyuq günəş” və "Itən gündəlik" bədii filmləri ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirib.
Qeyd olunan hər üç filmin ssenari müəllifi, və bəstəkarı 25 il "Samur" qəzetinin redaktoru kimi fəaliyyət göstərən Sədaqət Kərimovadır. Son iki filmin də rejissoru olan, S.Kərimova həmçinin 35 bədii kitabın və 200-dən çox mahnının müəllifidir.
Havar Şəfiyeva