DOST Agentliyində işləyən Nəciməddin İsgəndərov işindən qovulub. Səbəb isə öz məişət şəraiti ilə bağlı televiziya proqramında çıxış etməsi olub.
Faktmedia.az-a danışan İmişli rayon sakini N. isgəndərov deyir ki, o adıçəkilən qurumda 4 il fəhlə işləyib.
"DOST Agentliyində 4 il fəhlə işləmişəm. Bu yay"Space" televiziyasında yayımlanan verilişlərin birində iştirak etdim. Öz məişət qayğılarımı bildirmək istəyirdim. İmişliyə qayıdandan sonra iş yerimdən bildirdilər ki, azad olunmuşam".
Mövzu ilə bağlı saytımıza açıqlama verən Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi Şahin Əliyev bildirib ki, bu barədə agentliyin heç bir qərarı yoxdur: "Ola bilsin ki, vətəndaş Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC-də çalışıb. Ona görə də səbəbi həmin yerdə dəqiqləşdirməlidir".
Zeynəb Müzəffərli