Tanınmış yazıçı Günel Mövlud Qubad İbadoğlu haqqında paylaşım edib:
Faktmedia.az həmin paylaşımı təqdim edir:
"Qubad İbadoğlu, bu xalqdan nə istəyirsiniz? Siz kimsiniz ki, təhsil fondu yaradırsız, ölkə gəncliyini xaricə oxutmaq istəyirsiniz? Siz kimsiniz ki, ziyalı gəncləri beynəlxalq elmi konfranslara cəlb edirsiniz? Kadr bankı-filan yaratmaq istəyirsiniz?
Nə istəyirsiz bu xalqdan, niyə imkan vermirsiniz ölkənin gəncləri təsbehini çırpsın, meyxanasını desin, söyüşünü söysün, saqqal buraxıb, sinə döysün, zəncir vursun, tumunu çırtlasın, ana-bacı qeyrəti çəksin, bir sözlə, xeyrə-şərə yarayan adam olsun? Nə düşmənçiliyiniz var bu xalqla, bu xalqın balaları ilə?
Niyə qoymursunuz adamlar rahat yaşasın, niyə gəncliyin beynini xaric, təhsil, konfrans, elm, mədəniyyət, maarif kimi zəhərli şeylərlə doldurub, onları bədbəxt edirsiniz...
Niyə gedib hansısa universitetdə başdansovdu mühazirə oxuyub, sessiyada tələbələrdən pulunuzu yığıb, uşaqlarınıza villa tikib, bahalı maşın alıb, onlara gün ağlamırsınız...
Niyə də, niyə...".
Rəna Həsənova