"Ermənistanın tez-tez Naxçıvandan təxribata əl atması guya, bizim Qarabağa nəzarət etmək istəyimizə təxribatı şəkildə cavabdır, bizə problem yaratmaq istəyirlər. Amma, anlamırlar ki, Naxçıvana təxribat, Qarabağda etdikləri təxribat sonda növbəti müharibəyə gətirib çıxara bilər və bu müharibədə qalib yenə bəllidir".
Bunu Faktmedia.az-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloq əlavə edib:
"Yəni, yeni Komandolar yaradılıb və Azərbaycanın güclü ordusu var. Biz II Qarabağ müharibəsində qələbə çaldıq, ordumuz o zamankı dönəmdən daha qüvvətli hala gəlib. Ola bilsin ki, Naxçıvana təxribatların arxasında başqa qüvvələr də dayanır, çünki Rusiya və İrandakı mərkəzlər də Azərbaycan və Ermənistan arasında barış istəmirlər, məsələlərin indiki kimi gərgin mərhələdə qalmasını istəyirlər ki, bölgəyə təsir imkanlarını itirməsinlər".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bir neçə müddətdir ki, Azərbaycan bölmələrinin Naxçıvanla sərhədd ərazisindən davamlı atəşə tuturlar.
Rəna Həsənova