Ünvanlı sosial yardımların verilməsində olan problem hamıya bəllidir. Hazırda belə bir işlək mexanizm var: "3 ayını mən götürüm, qalanını sən"... Bəli, bu gün o yardımı alanların böyük əksəriyyəti o formada həyata keçirilib. Birbaşa hansısa şəxs müraciət etdikdə, müxtəlif imtinalar alır. Əgər bununla bağlı aidiyyatı nazirliyə müraciət etsək, deyərlər ki, tamamilə yanlış məlumatdır. Amma məsələ artıq çox pishala gəlib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələdə heç bir şəffaflaşmaya getmir.
Məsələ ilə bağlı Faktmedia.az-a millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycanda ünvanlı soaial yardımların verilməsində korrupsiya hallarının olmasını ümumi şəkildə söyləmək doğru olmaz:
"Bizdə də belə informasiyalar olur. Konkret faktlar varsa, bunu dilə gətirmək lazım və onun əsasında mülahizə yürütmək olar. Azərbaycanda hər sahədə bu və ya digər cəhətdən korrupsiya var. Amma, bunu konkret faktlar olmadan sadəcə söz olaraq istifadə etmək hüquqi termin olaraq doğru deyil. Əgər nəyisə deyiriksə, onun arxasında mütləq doğru faktlar olmalıdır".
Qeyd edək ki, Faktmedia.az bu mövzu ilə bağlı əvvəllər də material dərc edib. Millət vəkili Fazil Mustafa bu mövzu ilə bağlı həm bizim saytda gedən materiallardan, həm də başqa mediada gedən materiallardan məsələnin nə qədər düzgün olub-olmadığını araşdıra bilər.
Rəna Həsənova