Ölkə ərazisində qeyri-sabit keçən hava artıq Bakının bəzi ərazilərində çətinliklər törədib. Belə ki, yağış suları küçələrə dolub. Eləcə də kanalizasiyanən düzgün işləməməsi də yollarda əlavə göllərin yaranmasına səbəb olub. Bakının Masazır qəsəbəsində isə demək olar ki, bütün küçələrdə su dolub daşır. Bu, nəqliyyat vasitələrinin də hərəkətinə maneçilik törədib.
Masazırın daha bir problemi isə zibildir. Həftələrlə daşınmayan zibil ətrafa üfunət və mikrooqranizmləri yayır. Demək olar ki, kəndin bütün zibil toplanan yerlərində zibil qalaqlanıb, amma daşınma yoxdur.
Faktmedia.az məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib. Qurumdan bildirilib ki, hər iki məsələdən xəbərləri var:
"Masazırda kanalizasiya prosesinin qurulması ilə bağlı planlar var. Yaxın gələcəkdə proses aparılacaq. Qaldı ki, zibilin daşınmasına maşınlarımız bu işi həyata keçirir, ola bilsin gecikmə olsun".
Açıqlamadan belə başa düşülür ki, icra hakimiyyətinin heç xəbəri yoxdur. Sadəcə mediada gedən xəbərləri gördükləri üçün hazırlayıb cavab saxlayırlar. Sorğulara cavab verilir ki, tezliklər problem öz həllini tapacaq.
Rəna Həsənova