Bir neçə il öncə Yardımlıda yayılan çəyirtkələr yenidən kəndlinin taxılına "göz dikib". Məsələ ondadır ki, bu il yayılan çəyirtkə növləri də elə 2008-ci illərdə yayılanlarla eynilik təşkil edir. Yardımlı sakinləri isə bundan narahatdılar. Yayılan çəyirtkələr taxıl zəmisini, eləcə də dənli bitkiləri məhv edirlər.
Faktmedia.az-a danışan sakinlər bildirir ki, bu barədə rayon icra hakimiyyətinə bildirilib. Amma hələ ki, bir nəticəsi yoxdur.
Məsələ ilə bağlı Yardımlı Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. İH-dən saytımıza bildirdilər ki, məsələdən xəbərləri var: "Dərmanlama işləri aparılacaq. Bunun üçün artıq proseslər də başlayıb".
Xatırladaq ki, dağlıq rayonlarda çəyirtkə növlərinin torpqdan çıxma - pup mərhələsini yekunlaşdırma dövrü bitib. Onlar aktiv həyyat fəaliyyətinə mayın sonu, iyun aylarında başlayırlar. Taxıl biçini isə dağlıq rayonlarda iyulun axırı, avqust aylarına təsadüf edir. Bu isə o deməkdir ki,Yardımlı sakinləri bu il taxıldan əllərini üzsünlər.
Havar Şəfiyeva