"Masazırda çirkab suları gölə axıdılır. Həmin ərazi Masazır kəndindəki “Qız gölü” adlanan ərazidədir. Hal-hazırda bu ərazidə “Azərsu” ASC tərəfindən quraşdırılmış nasosxanadan çirkab sular mərkəzi çirkab nasosxanasına vurulur".
Bunu Faktmedia.az-a Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin şikayətinə cavab olaraq bildirilib.
Qurumdan əlavə edilib ki, həmçinin Masazır kəndində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması məqsədilə Dövlət Proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən layihə hazırlanmış və mərhələli olaraq həyata keçiriləcək:
"Həmçinin rayonun yaşayış məntəqələrində mövcud olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib".
Qeyd edək ki, Masazırda yaşayan sakinlərə yaşadıqları ərazidə kanalizasiya sisteminin olmaması, tez-tez evləri su basması halları ilə bağlı Abşeron İcra Hakimiyyinə şikayət ediblər.
Rəna Həsənova