"Mən uşaqlığımı bir az pafoslu səslənməsə, əsas qorxularıma qalib gəlmək, cəsarətlilik ilə xatırlayıram. Mən bir dəfə 2-ci sinifdə oxuyanda liftdə qalmışdım və qorxmuşdum. O hadisədən sonra hər gün o qorxunu yenmek üçün yaşadığımız doqquzmərtəbəli binanın damına çıxıb, onun lap qırağında dayanırdım və özüm-özümü tənzimləyirdim ki, qorxu yoxdur. Mən həmişə pillələri, tabuları cəsarətlə keçdiyimi xatırlayıram".
Faktmedia.az xəbər verir ki, bunu yazıçı Orxan Fikrətoğlu REAL TV-nin efirində qonaq olan zaman deyib.
Tanınmış yazıçı əlavə edib:
"Orxan Fikrətoğlu hər gün Orxan Fikrətoğlunun vicdanının, üzünün, portretinin, əxlaqının tənzimlənməsi uğrunda mübarizə aparır. Hər bir insanın içində Allah da var, şeytan da. Düşünürəm ki, ziyalılıq, o cümlədən, mənim də görəvim Allahdan bizə verilən sokral "mən" i, ruhani təmizliyi qorumaqdır. Mən düşünürəm ki, bütün sferalarda, bütün mənalarda şeytana qalib gəlmişəm. Çunki, belə olmasaydı Orxan Fikrətoğlu olmazdım. Bizim ailədə heç vaxt ata-oğul problemi yaşanmayıb. Atam mənim bütün uğurlarıma sevinirdi. Mən atamın mənə qoymadığı qadağaları özüm- özümə qoyurdum. Bizdə ənənə olub, atamdan da qabaq babam Şamaxının birinci katibi olub. Ümumiyyətlə mənim nəslimdə ana tərəfdə 11 uşağın 11-i də professordur, təkcə Azərbaycanda deyil, Türkiyədə, İsveçrədə tədris-təhlil işləri ilə məşğuldurlar. Demək istəyirəm ki, bizim ailədə Fikrət Sadıq, Orxan Fikrətoğlu yeni deyil. Bu artıq model olaraq 5- 6 nəsil Azərbaycan xalqına xiidmət edən nəslin nümayəndəsiyəm. Bu yükü hər zaman cıynimdə hiss etmişəm. Anam da istedadlı filoloqdur. Mənim bəxtim onda gətirib ki, evimde 5 otağın 4 - ü kitabxana idi. Fikrət Sadıq ensklopedik adam idi. Cəmiyyət bir meydandır. Həzrət Əlinin bir gözəl sözü var, deyir: "bu cahilliyin arxasında çox böyük bir ağıl dayanıb". Bir cahil mühit görürsünüzsə, düşünməyin ki, bu mühit öz-özündən formalaşıb. Onun arxasında işlək siyasi mexanizm durur. Cahilliyi yaratmaq elə- belə şey deyil. Təhsil problemidir, cəmiyyət problemidir, şəxsiyyət problemidir, cəsarətsizlik problemidir. Cahillik hansı hallarda mövcuddur? Bunun rıçaqlarını siyasi texnoloqlar çox gôzəl bilir. İnsanı, milləti öz gözündən salırsan, onun ədəbiyyatını, mədəniyyətini təbliğ etmirsən, təhsil vermirsən, olur cahil...".
Rəna Həsənova