"Son günlər baş verən hadisə Azərbaycan Sərhəd buraxılış məntəqəsində qulluq edən əsgərimizin yaralanması ilə nəticələndi. Erməni kütləvi informasiya vasitələri qəsdən Azərbaycan tərəfi Erməni tərəfə keçərək bayraq sancmaq istədiyini və buna görə də adekvat cavab veridiyini yayımlayıb".
Bu fikirləri Faktmedia.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Bunun absurd məsələ olduğunu bildirən deputat əlavə edib:
"Çünki Ermənistanın sərhədini Rusiya qoruyur, təyin olunmamış şərti sərhəddə Azərbaycan öz ərazilərdə bayraq qaldıra bilər. Eyni zamanda həmin ərazidə Avropa kəşfiyyatçıların vizual əməliyyatçılardan ibarət missiya var. Bu missiya da reaksiya verməli idi, lakin heç bir cavab olmadı. Bütün bu proseslərin təxribatına Ermənistan durur. Məqsəd sülh müqaviləsinin bağlanmasını uzatmaqdan ibarətdir. Bu proseslər də ermənilərin əleyhinə işləyir. Biz istənilən vaxt öz ərazimizdə antiterror həyata keçirə bilərik".
Havar Şəfiyeva