"Dünənləri Milli Məclisdə bir çox deputatlar öz fikirlərini dedilər. Fazil Mustafa ilə bağlı hadisə bir terror hadisəsidir. Milli Məclisin deputatına qarşı olunan terror, Azərbaycan hakimiyyətinə qarşı olunan bir cinayətdir".
Bunu Faktmedia.az-a deputat Sabir Rüstəmxanlı deyib.
"Cəmiyyət arasında qarşılıqlı salmaq üçün törədilmiş bir hadisə hesab edirik. Amma bundan əlavə İran dəfələrlə sərhədləri pozaraq narkotik alveri ilə də Azərbaycanda bir çox ziddiyyətlər yaratmışdır. Onlar bu hərəkətlərə təkcə qonşuluq münasibətləri pozmur, eyni zamanda beynəlxalq aləmdə gərginlik yaradır. Bu müharibələrə baxmayaraq, bütün dünya ölkələri çalışmalıdır ki, sülh şəraitində yaşasınlar. Xüsusilə qonşu ölkələr bir biri ilə mehriban münasibətlərdə olmalıdır. İran isə bunun tam əksinə çıxır. Onlar din adı ilə gəncləri yetişdirib öz mənfur niyyətlərini həyata keçirtmək üçün Azərbaycana göndərirlər. Azərbaycan dövləti bunun fərqindədir, qarşısını alır və alacaqdır".
Havar Şəfiyeva