"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər üçün Laçın və Kəlbəcər yaylaqlarına köç başlayıb. Bu iqtisadi zonalardan olan, 40 və daha artıq arı ailəsinə sahib fermerlərə öz arıçılıq təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürməyə icazə verilir. Yaylaqlara aparılacaq arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır".
Bunu faktmedia.az-a Kənd Təsərrüfatı Nazirliyindən deyiib.
"Eyni kateqoriyadan olan, təsərrüfatlarında 200 başdan artıq xırdabuynuzlu heyvan olan fermerlər də təsərrüfatlarını Laçın və Kəlbəcər yaylaqlarına köçürə bilərlər. Təsərrüfatlarını yaylaqlara köçürmək istəyən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etməlidir. Fermerlər Laçın və Kəlbəcər yaylaqlarına təsərrüfatların köçürülməsinə dair əlavə məlumatlarla saytımızdan tanış ola bilərlər", - deyə əlavə edilib.
Havar Şəfiyeva