Hər bir insanın cinsi sağlamlığı onun ümumi sağlamlıq statusu ilə sıx əlaqəlidir. Həyatınızı sağlam qurmaqla körpənizin də sağlamlığını təmin edə bilərsiniz.
Faktmedia.az-a danışan mama-ginekoloq Rəxşəndə Əliyeva qadınlar üçün sonsuzluq riskini azaltmağın bəzi qaydalarını sadalayıb.
O bildirib ki , ilk öncə çəkini normal saxlamaq lazəmdər. Piylənmə və çox arıqlıq hər ikisi cinsi funksiyaları pozan faktorlardandır:
"Əziz xanımlar, idmanla məşğul olun. Fiziki aktivlik, ən azından gündəlik 20 dəqiqə gəzinti sağlamlıq üçün mütləqdir.
Qorunmadan cinsi əlaqədə olmayın. Bu gün yoluxduğunuz cinsi infeksiya sabah sizə hamilə qalmaqda çətinlik yarada bilər. Eyni zamanda uşaq sahibi olmağa hazırsınızsa gecikdirməyin. Unutmayın ki, yaş faktoru əhəmiyyətlidir. son olaraq isə maariflənin. Ən əsası cinsi bir narahatçılığınız olduqda mümkün qədər tez həkimə müraciət edərək məlumat alın və ehtiyac olarsa müalicə olunun".
Həkim bildirib ki, qeyd olunan faktorları diqqətdə saxlamaq sonsuzluq riskini azaltmağın ən yaxşı yoludur.
Xəyalə Xəlilova