Mingəçevirdə məktəbli qız hamilə qalıb.
Bu barədə Faktmedia.az-ın sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd edilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci ( 16 yaşına çatmayan şəxslə cinsi əlaqəda olma) maddəsi ilə cinayət işi başlanılıb və müvafiq ekspertizalar təyin olunub.
2008-ci il təvəllüdlü N.A ilə cinsi əlaqədə olan 2006-cı il təvəllüdlü K.A təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, cinsi təcavüzə məruz qalan məktəbli qız 9-cu sinif şagirdidir.
Esmira Hidayətova