Goranboyda külək irigövdəli ağacı aşırıb.
Faktmedia.az xəbər verir ki, hadisə Goranboy Qızılhaclı kəndində baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da, iri gövdəli qovaq ağacı rabitə xəttinin üzərinə düşüb.
Artıq ağacın törətdiyi fəsad aradan qaldırılıb.
Esmira Hidayətova