Goranboyda minik maşını ağaca çırpılıb iki nəfər dünyasını dəyişib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Faktmedia.az-a məlumat verib.
O bildirib ki, ağır qəza rayonun Xoylu kəndi ərazisində qeydə alınıb. 35 yaşlı Nicat Nəbiyev sükana hakimiyyəti itirərərk idarə etdiyi avtomobili yol kənarındakı çinar ağacına çırpıb. Hadisə zamanı sürücü və sərnişini Elvin Quliyev dünyasını dəyişib. İlkin məlumatlara görə,ağır qəzada həyatını itirənlər hərbiçilər olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Esmira Hidayətova