Türkiyədə fevralın 6-da baş verən iki dağıdıcı zəlzələdən sonra bölgədə axtarış-xilasetmə qruplarının işləri fasiləsiz olaraq davam edir.
Faktmedia.az bununla bağlı sevindirici xəbərlərdən biri Hatayın Antakya rayonundan gəlib.
Belə ki, zəlzələdən sonra 175 saat dağıntılar altında qalan ana və iki uşağı sağ-salamat çıxarılıblar. Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.