Məhkəmə Belqorod vilayətinin Starı Oskol şəhərində Rusiya Dəmir Yollarının obyektlərini yandırmaqda təqsirli bilinən 3 gənci həbs edib.
Faktmedia.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Bildirilib ki , onlara qarşı təxribat maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, təxribatda 2002-ci il təvəllüdlü iki Rusiya vətəndaşı və 2003-cü il təvəllüdlü bir nəfər iştirak edib.
Müəyyən edilib ki, yanğının təşkilatçısı internet messencerdəki hesabdan istifadə edərək naməlum şəxsdən tapşırıq alıb.
Rəna Həsənova