Fransanın şimalındakı Arras şəhərində liseyin bomba təhlükəsi səbəbilə boşaldıldığı bildirilib.
Faktmedia.az xəbər verir ki, mətbuatda yer alan xəbərlərə görə, polis qrupları Arrasdakı Gambetta-Carnot Liseyində bomba olduğu xəbərini aldıqdan sonra hərəkətə keçib.
Polis orta məktəbi boşaldıb və məktəbin qarşısındakı insanların çantalarında axtarış aparıb.
Hadisə yerinə bomba zərərsizləşdirmə qrupları da gəlib.
Təxliyə zamanı bir nəfər xəstələnib, məktəb işçiləri və şagirdlər təhlükəsiz əraziyə aparılıb.
Rəna Həsənova