"Müharibə qaydaları var. Mütənasiblik tələbi var. Bunu bir çox müttəfiqlər dilə gətirib".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq NATO-nun məsələyə birbaşa aidiyyəti olmadığını, lakin bu gün məsələni müzakirə etdiklərini bildirib.
İsrailin müdafiə naziri Yoav Gallantın NATO müdafiə nazirlərinə son vəziyyətlə bağlı brifinq verdiyini bildirən Stoltenberq, şok videolar gördüklərini, buna görə də HƏMAS-ın İsrailə hücumlarını və mülki şəxslərə hücumlarını pislədiklərini bildirib.
Xəyalə Xəlilova