"Biz deyirik ki, qeyri-mütənasib zorakılıq daha çox şiddətə və daha çox əziyyətə səbəb olacaq. Qəzzəyə edilən hücumun heç bir izahı yoxdur".
Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpədə keçirilən Türkiyə Gənclik Vəqfi toplantısında deyib.
"Misirin Rəfah qapısını bombaladılar. Biz cənab Sisi ilə bu məsələni müzakirə etdik. Biz birlikdə nə edə biləcəyimizi danışdıq. Bu insanlar susuz qalıb, bu insanlar yeməksiz qalıb. Atılacaq addımlar var. Onların belə problemi yoxdur, amma bizdə var. Biz deyirik ki, qeyri-mütənasib zorakılıq daha çox zorakılığa, daha çox əziyyətə səbəb olacaq. Qəzzaya hücumun izahı yoxdur. İsrail onu işğal edib, kiçik bir yerə bağladı. Olması lazım olan, Fələstini 67 sərhədi ilə birləşdirməkdir", - əlavə edib.
Xəyalə Xəlilova