Rusiya prezidenti Vladimir Putin iyulun 13-də jurnalistlərə müsahibəsində deyib ki, o, BMT-nin baş katibi Antonio Quterreşin taxıl müqaviləsi ilə bağlı məktubunu görməyib.
“Mən bu yeni məktubu görməmişəm, lakin biz Birləşmiş Millətlər Təşkilatının əməkdaşları ilə əlaqə saxlayırıq. Bir daha təkrar edirəm: onlar çalışırlar ki, Qərb dövlətləri öz öhdəliklərini yerinə yetirsinlər, lakin indiyədək buna nail ola bilməyiblər”, - deyə dövlət başçısı vurğulayıb.
Taxıl müqaviləsinin uzadılmasının mümkünlüyündən danışan prezident Rusiyanın maraqları ilə bağlı məqamların tamamilə nəzərə alınmadığını qeyd edib. Bununla əlaqədar, onun sözlərinə görə, Moskva sazişlərdə iştirakını dayandıra və yalnız Rusiya Federasiyasının məlumatları yerinə yetirildikdə onların icrasına qayıda bilər.
Qeyd edək ki, bir gün əvvəl Quterreş Putinə məktub göndərərək AB Rusiya Kənd Təsərrüfatı Bankının (RSHB) SWIFT sisteminə qoşulması ilə bağlı çətinlikləri həll etməzdən əvvəl sazişi daha bir neçə ay saxlamağı təklif edib.
Xəyalə Xəlilova