Rusiya prezidenti Vladimir Putinin Çinə səfərinin dəqiq tarixləri razılaşdırılacaq. Bu barədə iyulun 12-də jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İndi Rusiya-Çin münasibətlərinin inkişafını dəstəkləmək üçün tamamilə əlverişli məqamdır. Dəqiq tarixlər razılaşdırılacaq, müxtəlif səviyyələrdə dialoq aparılır.Putinin səfəri gündəmdədir”, - Peskov bildirib.
O qeyd edib ki, gündəm həcmlidir, bura ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq, dünyada və regionlarda vəziyyətlə bağlı fikir mübadiləsi daxildir.
Xəyalə Xəlilova