Nepalın Everest dağı bölgəsində 6 nəfəri daşıyan helikopterlə əlaqə kəsilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Everest Zirvəsindən paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterdə bir pilot və 5 xarici turist olub.
Rəsmilər əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterin uçuş marşrutunda dəyişikliklər edildiyini bildiriblər.
Təmasları kəsilən helikopterdəki 6 nəfərin axtarışına başlanılıb.
Bəsti Məmməd