İranda iki nəfərə verilən edam cəzası icra edilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Şiraz şəhərində Şah Çərəq türbəsinə edilən və 13 nəfərin həyatını itirdiyi hücumun failləri olduqları əsas gətirilən 2 nəfərə edam edilib.
İranın Ali Məhkəməsi mayın 24-də Məhəmməd Ramiz Rəşid və Naim Haşimi haqqında ölüm hökmü çıxardığını elan edib.
Ali Apellyasiya Məhkəməsi İran Cinayət Qanununa əsasən Rəşidi və Haşimiyə edam cəzası verilməsinə səbəb olan “Allaha qarşı üsyan, dövlətə qarşı müharibə aparmaq və dünyada fitnə-fəsad törətmək” cinayətlərini sabit hesab edib.
Qeyd edək ki, 26 oktyabr 2022-ci ildə Şirazda Şah Çərəq türbəsinə silahlı basqın nəticəsində 13 nəfər həyatını itirib, 30 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Xəyalə Xəlilova