"Bizim prioritetimiz Ukraynadakı əməliyyatdır, hədəflərimizə çatacağıq".
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Vaqner üsyanından sonra verdiyi ilk açıqlamada deyib.
O, “Mən Ukraynada şəxsi hərbi əməliyyatlara üstünlük verirəm” – deyə əlavə edib.
Putin gələn həftə keçiriləcək təhlükəsizlik şurasına qatılacağını açıqlayıb.
Bildirib ki, “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin Rusiya ordusunu Vaqnerə hücum etməkdə ittiham edib və cavab verməklə hədələyib, “Vaqner” döyüşçüləri Ukraynanı tərk edərək Rostov sərhəddinə daxil olublar.
Rusiya prezidenti Vladimir Putin Vaqnerin üsyanını “vətənə xəyanət” adlandırıb.
Qeyd edək ki, Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul edib.
Xəyalə Xəlilova