"Silahlı qiyamın bütün təşkilatçıları və iştirakçıları cəzalandırılacaq".
Faktmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Birinci Kanalın yayımladığı videomüraciət zamanı deyib.
“Dövlətə qarşı xəyanət edən, silahlı üsyan hazırlayan, şantaj və terror üsullarına əl atan hər həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcək”, - deyə Rusiya prezdenti söz verib.
Qeyd edək ki, iyunun 23-də Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin rus hərbçilərini şirkətin düşərgələrinə hücumda ittiham edib. O, həmçinin PMC qırıcılarının yolunu kəsən hər kəsi, məhv edəcəyi ilə hədələyib.
Havar Şəfiyeva