"Rusiyada baş vermiş çevrilişin də dərəcədə uğurlu olub olmamasını gözləmək lazımdır. Çevrilişi nəticəsi haqqında hələ ki, bir fikir yürütmək tezdir".
Bunu Faktmedia.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat həmçinin əlavə edib:
"Bu gərgin bir situasiyadır, hər halda qonşuluqda qarışıqlığın olmasının tərəfdarı deyilik. Bütün hallarda həm Azərbaycana, həm də Ermənistana ciddi təsirləri olacaqdır. Biz öz təhlükəsizliyimizi qorumaq üçün addımlar atmalıyıq. Hadisələr hələki heç də xoşagələn deyil. Əgər Rusiya daxilində sabitliyin pozulması baş verəcək bu hər birimiz üçün zərərli olacaq".
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.
Havar Şəfiyeva