ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri PMC Vaqner və onun rəhbəri Yevgeni Priqojinin Rusiyada üsyanı ilə bağlı təcili iclaslar keçirib.
Faktmedia.az xəbər verir ki, bu barədə TASS Amerikanın CNN telekanalına istinadən məlumat yayıb.
Görüşlər zamanı dövlət qulluqçuları Rusiyadakı mövcud vəziyyəti təhlil ediblər. Qeyd olunur ki, sürətlə inkişaf edən proseslər Amerika və Avropa rəsmilərini təəccübləndirib.
Daha əvvəl bildirilib ki, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa Rusiyada PMC Vaqner və onun rəhbəri Yevgeni Priqojinin üsyanı ilə bağlı mövcud vəziyyət barədə danışıb. Severa bunu Rusiyanın daxili işi adlandırıb.
Havar Şəfiyeva