Hindistanın Racastan şəhərində qeyri-adi sevgi hekayəsi baş verib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Deeg rayonunda yaşayan bədən tərbiyəsi müəllimi Aarav Kuntal öz şagirdinə aşiq olub və evlənmək üçün cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirib.
Aarav Kuntal adlı bədən tərbiyəsi müəllimi əslində qadın olaraq doğulub və ailəsi tərəfindən Meera adını verib.
Orta məktəbdə Kalpana adlı şagird qıza aşiq olan müəllim cinsini dəyişmək qərarına gəlib və adını Aarav olaraq dəyişib.
Cinsiyyət dəyişdirmə prosesi başa çatdıqdan sonra cütlük ailələrinin razılığı ilə nikaha daxil olub.
Xəyalə Xəlilova