ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın iki vətəndaşına – Yeqor Popov və Aleksey Suxodolova qarşı ABŞ-da demokratik proseslərə xələl gətirməyə cəhd etdiklərinə görə sanksiyalar tətbiq etdiyini açıqlayıb.
ABŞ hakimiyyəti iddia edir ki, Suxodolov və Popov Rusiyanın Qloballaşmaya Qarşı Hərəkatına da rəhbərlik edən agentlərdir.
Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ Ədliyyə Nazirliyi rusiyalı Aleksandr İonovu Amerika cəmiyyətinə zərərli təsir göstərmək üçün çoxillik kampaniya təşkil etməkdə ittiham edib.
Havar Şəfiyeva