G7 ölkələri Ukraynadakı münaqişə həll olunana qədər Rusiyanın aktivlərini blokadaya almağa davam edəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə dövlətlərin xarici işlər nazirlərinin Yaponiyadakı görüşdən sonra birgə bəyanatında deyilir. Bundan əlavə, G7 ölkələri Moskvaya qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.
Aprelin 17-də Ukrayna ətrafında vəziyyətlə bağlı keçirilən sessiyada G7 xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları saxlamaq, onlara əməl olunmasına nəzarəti gücləndirmək, həmçinin Kiyevə yardım göstərməyə davam etmək barədə qərar qəbul ediblər.
Bundan əvvəl məlum olub ki, G7 ölkələri Rusiyanın almaz hasilatı şirkəti Alrosa tərəfindən hasil edilən bir karat və ya daha çox çəkidə olan almazlara qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
Havar Şəfiyeva