Vaşinqton yenidən soyuq müharibəyə can atmır. Bunu ABŞ dövlət katibi Entoni Blinken Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə deyib.
Faktmedia.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Vaşinqton prezident Co Baydenin üzərinə götürdüyü öhdəliklərə sadiq qalır, yəni ABŞ yeni soyuq müharibəyə can atmır, Çin sistemini dəyişməyə çalışmır" deyə Blinken bildirib.
ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Pekinə səfər edib. Onun Çin paytaxtında iki gün qalacağı bildirilirdi. Qeyd edək ki, bu, onun ABŞ Dövlət Departamentinin rəhbəri kimi Çinə ilk səfəridir.
Havar Şəfiyeva